Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib

Azərbaycanın əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib

Tarix: 15 Iyun 2020 21:45

Bakı. Vüqar İmanov - Trend:

Məşhur azərbaycanlı fotomüxbir, "Tereqqi" dövlət mükafatına layiq görülmüş əməkdar incəsənət xadimi Fərman Bağırov coronavirusdan dünyasını dəyişib.

Trend-in xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Bir neçə gün əvvəl, səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq mərhum əməkdar incəsənət xadimi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Fərman Bağırovu xilas etmək mümkün olmayıb. O, 1936-cı ildə Bakıda anadan olub. Sonradan müəllimlik etdiyi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 55 ildən çox peşə fəaliyyətinə həsr edib, "Kommunist" və "Azərbaycan" qəzetlərinin redaksiyalarında işləyib.

Allah rəhmət eləsin


Etiketlər:  Azərbaycanın əməkdar incəsənət xadimi Fərman Bağırov koronavirusdan dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ