Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 22:52
"Real"ın futbolçusu Qaret Beyl zədələnib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, La Liqanın 28-ci turunda "Eybar"la matçda (3:1) əzələsindən problem yaşayıb.
Bu səbəbdən uelsli hücumçu bu gün komanda ilə məşq etməyib, fərdi qaydada çalışıb. Ancaq onun zədəsinin ciddi olmadığı və sabahkı məşqlərə kimi hazır olacağı gözlənilir.