Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan” və “Barselona” klubları Aleksey Şvedi heyətinə qatmaq istəyir

“Milan” və “Barselona” klubları Aleksey Şvedi heyətinə qatmaq istəyir

Tarix: 16 Iyun 2020 08:24

İtaliyanın "Milan" və İspaniyanın "Barselona" basketbol klubu "Ximki"nin lideri Aleksey Şvedi transfer etmək istəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onun xidmətində bəzi Çin klubları da maraqlıdır. Şvedin Rusiya təmsilçisi ilə müqavilə müddəti bu yay başa çatır. Azad agent statusu əldə edəcək bu oyunçunun bir müddət "Zenit"ə keçəcəyi ilə bağlı söhbətlər dolaşsa da, onun agenti Obrad Fimiç yenidən MBA variantının yaranacağını da istisna etməmişdi.

Xatırladaq ki, Avroliqada mövsüm dayandırılana qədər Şved müntəzəm çempionatda hər oyuna orta hesabla 21,4 xal, 2,7 ribaund və 6,2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az


Etiketlər:  Milan Barselona klubları Aleksey Şvedi heyətinə qatmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ