Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 14:12
"Milli Şura"nın növbəti videokonfransında onlar yenə əsl üzlərini ortaya qoydular.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, "Milli Şura" zaman-zaman müxtəlif üsullarla gündəmə gəlməyə çalışır, bunun üçün hətta xalqı təhqir etməkdən çəkinmir:
"İstənilən halda hər videokonfranslarında bir daha özləri özlərini ifşa edərək göstərirlər ki, onlara nə Azərbaycan xalqı, nə Azərbaycanın inkişafı maraqlıdır, əksinə koronavirus pandemiyası dövründə enerji bazarında kəskin dalğalanmaların nəticəsində neftin qiymətinin ciddi şəkildə aşağı düşməsi bunlarda sanki bir toy-bayrama çevrilib. Son videokonfransda hətta onlar çəkinmədən, utanmadan Azərbaycan neftinin qiymətinin düşməsinə görə bir- birilərini təbrik edirlər. Onlar buna görə sevindiklərini nümayiş etdirirdilər".
Deputat vurğulayıb ki, Azərbaycana neftdən gələn gəlirlər insanların sosial problemlərinin həllinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlir: "Eyni zamanda nə qədər çox gəlir gəlsə, ölkə o qədər inkişaf edir və Azərbaycan təkcə ölkə daxilində deyil, o cümlədən qlobal layihələrə imza atır. Son videokonfransda Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri bir- birini çox ürəkdən təbrik edirdilər ki, Azərbaycan neftinin qiyməti düşüb.
Onlar öz əsl üzlərini bir daha göstərərək nə xalqın, nə müstəqilliyin onlar üçün heç bir əhəmiyyəti olmadığını nümayiş etdirdilər. Ölkə nə qədər pis vəziyyətə düşsə, Azərbaycan xalqının yaşayış səviyyəsi nə qədər pisləşsə onlar üçün o qədər toy-bayramdır. Buna yalnız Azərbaycana düşmən kəsilmiş qüvvələr, ermənipərəstlər, ermənilər sevinc hissi keçirə bilərlər. "Milli Şura" bir daha göstərdi ki, onlar Azərbaycan xalqının pisliyini, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin zəifləməsini istəyən ermənipərəst qüvvələrin diqtəsi altında və onların alətinə çevrilmiş bir qurum kimi fəaliyyət göstərirlər. Azərbaycan xalqı belə antimilli ünsürlərə öz nifrət hissini nümayiş etdirir. Çünki bunlar xalqımızın pis vəziyyətə düşməsini, dövlətçiliyimizin, müstəqilliyimizin çətin vəziyyətə düşməsini istəyirlər".