Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 16:00
"Bilsəydim, sizin verilişdir gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracam".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Fatehin divanı" proqramında deyib. Müğənni aparıcıya iradını bildirib. Kərimova Fatehin "Fatmayidə bağda qalırsız" sualına belə cavab verib:
"Əcəb edirəm, Fatmayidə qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi, (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulub - red.) Maştağada otururdu, zəng vurana deyirdi, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşam? Deyir, Xalq artistiyəm, harada istəyirəm orada oluram. Mən də Xalq artistiyəm".
"Həyatınızın hansı dönəmi haqda danışmağıs evirsiz" sözlərinə müğənni "Müğənni tapın ki, həyatının hansısa məqamından ürəyiaçıq danışır. Yaşlı adamam, gələndə özümə yarım saat tumar çəkmişəm, məşq etmişəm ki, belə durum, elə durum. Gəlib burada da kamera qabağında fors edirəm. Amma sabah yazılanları görün" reaksiyasını verib.