Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 21:56
HMD Global üç yeni "ağıllı" telefonunu təqdim etməyə hazırlaşır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, daha öncə bu ilin üçüncü rübündə satışa çıxarılacağı deyilən Nokia 9.3 PureView modelinin 2020-ci ilin son rübündə təqdim ediləcəyi bildirilir.
Bəzi qaynaqlardan sızdırılanlara görə, COVID-19 pandemiyasından dolayı telefonların satışa çıxarılmasında gecikmə yaşana bilər.
Qeyd olunur ki, 9.3 PureView modeli 120 Hz ekran və Qualcomm Snapdragon 865 prosessoruna sahib olacaq.
Snapdragon 700 prosessorundan güc alacaq 5G dəstəkli Nokia 7.3-ün də yolda olduğu vurğulanır.
Nokia 6.3-ün isə Snapdragon 730 və ya Snapdragon 675 prosesor ilə təmin ediləcəyi gözləntilər arasındadır. Bu modeldə, böyük ehtimalla, dörd kamera quraşdırılacaq.
Nokia 9.3 PureView-in kamerası ilə cığır açacağı da deyilir. 108 meqapiksellik kameraya sahib olacağı ifadə edilən smartfonun saniyədə 30 kadrlıq 8K videoqeyd apara bilcəyi də söylənir. Telefonun 8K video məsələsində yüksək səviyyəli performans göstərməsi üçün ciddi iş aparıldığı qeyd edilir.
Hələlik smarfonların qiyməti haqqında məlumat verilmir.