Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da onlayn səsvermə olmayacaq - CİDDİ BOŞLUQLAR AŞKARLANIB

ABŞ-da onlayn səsvermə olmayacaq - CİDDİ BOŞLUQLAR AŞKARLANIB

Tarix: 16 Iyun 2020 23:12

Kibermütəxəssislər Amerikanın bir neçə ştatında fəaliyyət göstərən onlayn səsvermə sistemində olduqca ciddi problemlər aşkarlayıblar. Ekspertlər hesab edirlər ki, təcavüzkarlar seçki komissiyalarının üzvlərinin xəbəri belə olmadan əhalinin səslərini saxtalaşdıra bilərlər. Eyni zamanda, Miçiqan Universiteti və Massachusetts Texnologiya Universitetinin tədqiqatçıları da ABŞ ştatlarında səsvermə üçün istifadə olunan onlayn platformanın ciddi zəifliklərinin olduğu qənaətinə gəliblər. Boşluq aşkarlanan portal Sietl şəhərində yerləşən Democracy Live şirkəti tərəfindən istifadəyə verilən OmniBallot onlayn səsvermə saytıdır. Bu portal Qərbi Virciniya ştatında, eləcə də Nyu-Cersi, Kolorado, Florida, Oreqon və Ohayoda-da yerli seçkilər zamanı istifadəyə verilib. Aydın olduğu kimi, OmniBallot məsafədən səsvermə üçün yaradılan portaldır. Sözügedən portal əvvəllər yalnız nadir hallarda, məsələn, ölkədən kənarda olan ABŞ vətəndaşları üçün istifadə edilirdisə, indi pandemiyaya görə tətbiq olunan özünütəcrid tədbirləri ərəfəsində yenidən aktuallaşa bilər. Sahə mütəxəssislərinin fikrincə, hakerlər Democracy Live şirkətinin veb-provayderlərindən birindən, məsələn, Amazon və ya Google-dan istifadə edərək OmniBallot-a daxil ola və səs verə bilər.

"Ən pis halda isə hakerlər seçkinin nəticələrinə müdaxilə edə və bunu hiss etdirməyə bilərlər. Bu zaman isə kiber hücum olmasa belə hakimiyyət nəticələrin doğru olduğunu sübut edə bilməyəcək", - deyə tədqiqatın müəllifləri professor Michael Specter və professor Jay Alex Halderman bildiriblər.

Professorların sözlərinə görə, hazırda sistemin təhlükəli boşluğunu aradan qaldıra biləcək bir texnologiya yoxdur.

Buna görə də, onlar OmniBallot-un kütləvi onlayn səsvermə üçün istifadəsini qadağan etməyə çağırırlar. OmniBallot portalı hazırda ABŞ-da ən azı yeddi ştat və 98 əyalət tərəfindən istifadə olunur. Mütəxəssislər həm oflayn, həm də onlayn rejimdə 2020-ci ildə keçiriləcək prezident seçkisini nəzərə alaraq, sakinləri səsvermənin təhlükəsizliyi barədə düşünməyə səsləyib.Tədqiqatçılar poçt vasitəsilə səsvermə sistemindən istifadə etməyi təklif edirlər.

Ancaq bu üsulla səs vermə barəsində fikirlər birmənalı deyil.

Məlumdur ki, may ayında Kaliforniya hakimiyyəti koronavirus pandemiyasına görə səsvermə proseduruna yenidən baxmağa qərar verib. İndi əyalət sakinləri üçün prezident seçkiləri yalnız poçt vasitəsilə keçiriləcəkdir. Bu üsulla seçki nəticələrinin saxtalaşdırılmasına yol veriləcəyini düşünən ABŞ prezidenti Donald Trump Tvitter hesabında bunu "saxta" adlandıraraq, poçt qutularının açıla və saxtalaşdırıla biləcəyini qeyd edib.

Amerikanın lideri: Bunlar saxtalaşdırılmış seçki olacaq.

Sonradan Tramp-ın bu postu Tvitter moderatorları tərəfindən etibarsız olaraq işarələnib. Xüsusi idarədə qeyd olunan yazıya əsasən poçtla səsvermənin pozulacağına dair heç bir dəlil olmadığı vurğulanıb.

Milli.Az


Etiketlər:  ABŞ onlayn səsvermə olmayacaq CİDDİ BOŞLUQLAR AŞKARLANIB


RƏYLƏR