Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO)

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO)

Tarix: 17 Iyun 2020 12:45

Bakı. Trend:

Hər il böyük rus şairi Aleksandr Puşkinin doğum günü - 6 iyun dünyada Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur.

Bu münasibətlə Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası və Altair Akademiyası birgə vebinar keçiriblər. Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğızıstandan olan alim-mütəxəssislərin və müəllimlərin iştirak etdiyi beynəlxalq onlayn tədbirə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Murad Alxaslı və Elmir Alxaslı qatılıblar. Şagirdlər A.Puşkinin şeirlərini rus dilində əzbər səsləndiriblər.

Beynəlxalq elmi tədbirin təşkilatçıları azərbaycanlı şagirdləri təşəkkürnamələrlə təltif ediblər.

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO) - Gallery Image Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər (FOTO) - Gallery Image


Etiketlər:  Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin şagirdləri mükafata layiq görülüblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ