Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin orbitə 3 yeni peyk göndərib

Çin orbitə 3 yeni peyk göndərib

Tarix: 17 Iyun 2020 15:20

Çin orbitə 3 yeni peyk göndərib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, peyklər Qansu əyalətindəki kosmodromdan "Çançjen-2D" raket daşıyıcı ilə yola salınıb.

Peyklərdən biri, "Qaofen-9" Yerin səthini müşahidə, şəhər planlaşdırması, kənd təsərrüfatı torpaqlarının qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin proqnozlaşdırılması ilə məşğul olacaq.

"Hede-5" peyki gəmiçilik və naviqasiya üçün istifadə olunacaq. "Pisin-3A" isə peyk texnologiyaları araşdırmaları üçün nəzərdə tutulub.

Hər üç peyk təyin olunan orbitə uğurla çatıb.


Etiketlər:  Çin orbitə yeni peyk göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ