Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 3 xəstəxana COVİD-19 xəstələri üçün ayrıldı

Azərbaycanda daha 3 xəstəxana COVİD-19 xəstələri üçün ayrıldı

Tarix: 17 Iyun 2020 16:38

Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları "COVİD-19"la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib.

Onun sözlərin görə, həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb: "Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki həkim tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək".

Direktor xəstəxanada COVİD-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: "Göyçay RMX-da 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əmək haqlarını alacaqlar, ixtisar olmayacaq".


Etiketlər:  Azərbaycanda daha xəstəxana COVİD xəstələri üçün ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ