Tarix: 18 Iyun 2020 19:24
"Beşiktaş" mövsümün əvvəlində heyətinə cəlb etdiyi Pedro Reboşu ilə yolları ayırıb.Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi portuqaliyalı müdafiəçi ilə sözləşməni uzatmayıb. 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransanın "Genqam" klubuna qayıdıb.
Qeyd edək ki, Pedro Reboşu "Beşiktaş"da ümumilikdə 17 oyuna çıxıb.