Tarix: 18 Iyun 2020 21:02
İtaliyanın “Bolonya” klubu baş məşqçisi Sinişa Mixayloviçlə müqaviləni uzadıb. Qol.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Serbiyalı mütəxəssisin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ilin yayından “Bolonya”nı çalışdıran 51 yaşlı məşqçi Onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkdiyi üçün bu mövsümün böyük hissəsini komandadan ayrı düşüb.