Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 22:04
Bakı. Trend:
Rusiyada koronavirusa qarşı vaksinin könüllülər üzərində sınaqları başlayıb.
Trend-in məlumatına görə, sınaqların ilk günündə 18 nəfər peyvənd edilib.
Peyvənd olunan şəxslərin bir müddət sonra müayinəsi keçirilib və onların yaxşı qiymətləndirilib.
Peyvəndləşmənin növbəti mərhələsi iyunun 19-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl vaksinin sınaqları meymunlar və dağsiçanları üzərində keçirilib. Bu heyvanlarda peyvənddən sonra hər hansı bir əks təsir müşahidə olunmayıb.