Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 12:32
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 42,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.