Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 133 nəfər, 4 nəfər vəfat etdi

Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxdu, 133 nəfər, 4 nəfər vəfat etdi

Tarix: 19 Iyun 2020 20:03

Bakı. Trend:

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 976 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 410 475 test aparılıb.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər nəfər vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ