Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan sağalanların sayı 160 minə yaxınlaşır

Türkiyədə koronavirusdan sağalanların sayı 160 minə yaxınlaşır

Tarix: 19 Iyun 2020 21:12

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 905 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 214 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 185 245 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 494 nəfər olmaqla 157 516 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 41 316 test aparılıb.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı minə yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ