Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' yunanıstanlı futbolçu ilə vidalaşıb

''Neftçi'' yunanıstanlı futbolçu ilə vidalaşıb

Tarix: 19 Iyun 2020 21:54

"Neftçi"də ayrılıqlar davam edir.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, Bakı klubu gün ərzində 3-cü ayrılığı açıqlayıb.

Tural Axundov və Soni Mustivardan sonra hücumameyilli yarımmüdafiəçi Vangelis Platellas da "flaqman"ı tərk edib. Klub rəhbərliyi müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub. Yunanıstanlı futbolçu "ağ-qaralar"ın formasını geyindiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Qeyd edək ki, buna qədər müdafiəçi Vild-Donald Gerye "Neftçi"dən ayrılmışdı. Hücumçu Baqali Dabo isə iyulun 1-dən azad agent statusu daşıyacaq.


Etiketlər:  Neftçi yunanıstanlı futbolçu ilə vidalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ