Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspert: “Şimal-Cənub” dəhlizi geosiyasi əhəmiyyət daşıyır (FOTO)

Ekspert: “Şimal-Cənub” dəhlizi geosiyasi əhəmiyyət daşıyır (FOTO)

Tarix: 13 Iyun 2019 20:39

Bakı. Mətanət Nəsibova - Trend:

“Şimal-Cənub” nəqliyyat layihəsi geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır, eləcə də iqtisadiyyatın real sektoruna yönəlib.

Bunu rusiyalı ekspert Stanislav Pritçin TREND İnformasiya Agentliyində keçirilmiş “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib.

O qeyd edib ki, dünyada əsas trendlərdən biri regionallaşmadır:

“Layihə iştirakçıları qarşılıqlı əməkdaşlığın qlobal səviyyəsinə keçməyə çalışırlar. Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizini Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə müqayisə etsək, Çin bu təşəbbüsü elan etməmişdən qabaq geniş boru kəmərləri şəbəkəsini tikmişdi. “Şimal-Cənub”la bağlı isə biz başqa mənzərəni görürük. Layihənin başladığı gündən hələ də Fars körfəzindən Rusiyanın infrastrukturları ilə birləşən birbaşa yol yoxdur. Ona görə də burada, çox iş görmək lazımdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekspert Şimal Cənub dəhlizi geosiyasi əhəmiyyət daşıyır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ