Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''dan xal itkisi, ''Vilyarreal''dan qələbə

''Barselona''dan xal itkisi, ''Vilyarreal''dan qələbə

Tarix: 20 Iyun 2020 10:10

La Liqada 30-cu tura keçirilən 3 oyunla start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qranada" doğma meydanda "Vilyarreal"a 0:1 hesabı ilə uduzub. "Malyorka" - "Leqanes" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Günün son matçında lider "Barselona" "Sevilya"nın qonağı olub. Bu oyunda hesab açılmayıb.

"Qranada" - "Vilyarreal" - 0:1
Qol: Moreno, 11

"Malyorka" - "Leqanes" - 1:1
Qollar: Sevilya, 9 (1:0), Rodriqes, 87 (1:1)

"Sevilya" - "Barselona" - 0:0

Qeyd edək ki, hazırda turnir cədvəlinə 65 xalla "Barselona" başçılıq edir. "Real" 62 xalla (29 oyun) 2-ci, "Sevilya" 52 xalla 3-cüdür. "Vilyarreal" 47 xalla 7-ci, "Qranada" 42 xalla 9-cu, "Malyorka" 26 xalla 18-ci, "Leqanes" isə 24 xalla 20-ci-sonuncu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Barselonadan itkisi Vilyarrealdan qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ