Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti'' qərarını ''Bavariya''ya bildirdi

''Mançester Siti''  qərarını ''Bavariya''ya bildirdi

Tarix: 20 Iyun 2020 18:36

"Mançester Siti" rəhbərliyi komandanın futbolçusu Leroy Sanenin qiymətini aşağı salmağı planlaşdırmır.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu bununla bağlı qərarını 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanan "Bavariya"ya bildirib.

"Mançester Siti"nin alman oyunçunu 30 milyon avrodan aşağı qiymətə satmağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, Sanenin Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

 


Etiketlər:  Mançester Siti qərarını Bavariyaya bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ