Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 21:16
Hələ ki, yenilik yalnız ABŞ-da keçərlidir, amma tezliklə digər ölkələrdə də tətbiq olunacaq.
Bu gündən etibarən ABŞ-da Feysbuk istifadəçiləri bu sosial şəbəkədəki bütün siyasi reklamları tamamilə deaktiv edə biləcəklər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu istiqamətdə ilk addımlar ötən il, şirkət siyasi reklamı yumşaltmağa çalışarkən başlayıb.
Yeni funksiya sayəsində istifadəçilər hansı reklam mesajlarını gördüklərinə nəzarət edə biləcəklər. Şirkət nümayəndələri bu qərarın yanvar ayında verildiyini və bu il ABŞ-da keçiriləcək prezident seçkilərinə görə tətbiq edildiyini vurğulayıblar.
Siyasi reklamı bağlamaq seçimi artıq ABŞ-dakı bəzi istifadəçilər üçün əlçatan olub. Yaxın günlərdə yeni funksionallığın tam miqyaslı formada yerləşdirilməsinə başlanacaqdır.
Qeyd edək ki, bu yenilik İnstaqram sosial şəbəkəsinə də şamil olunacaq.