Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Rəmiş: “Alveri bacarmıram, mağazada işləyə bilmərəm”

Xalq artisti Rəmiş: “Alveri bacarmıram, mağazada işləyə bilmərəm”

Tarix: 21 Iyun 2020 00:00

"Rəmiş" təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynov səhhətindən söz açıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Xəzər" televiziyasında yayımlanan "X Maqazin" proqramının kamerası önünə keçən 75 yaşlı sənətkar təngnəfəslikdən əziyyət çəkdiyini bildirib:

"Təngnəfəs oluram. Nazı adında həkim xanım var, qonşuluqda yaşayır. Onu çağırıram mənə dərman vurur düzəlirəm".

Ömür-gün yoldaşı Güllü Hüseynovadan bir dəqiqə belə ayrılmayan Rəmiş "Güllü ilə mən bir-birimizə qulluq edirik. Evdə ikimizik, başqa heç kim yoxdur", - deyib.

Xalqın sevilən sənətkarı kənarda heç bir biznesinin olmadığını bildirib: "Alveri bacarmıram, mağazada işləyə bilmərəm. Ancaq işim musiqidir".


Etiketlər:  Xalq artisti Rəmiş Alveri bacarmıram mağazada işləyə bilmərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ