Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 00:45
Bakı. Asif Mehman - Trend:
Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Trend-in məlumatına görə, şəhərin müxtəlif istiqamətlərində polis postları qurulub.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların icazəsiz evdən çıxması qadağandır.