Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 08:20
Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, şəhərin müxtəlif istiqamətlərində polis postları qurulub. Postlarda sürücü və sərnişinlərin hərəkət üçün icazələri yoxlanılır.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların icazəsiz evdən çıxması qadağandır.