Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 10:40
"E-Təbib" mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz!"
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "Facebook" səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, "E-Təbib" - koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir:
"Bu tətbiq vasitəsilə Siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), Sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.
"E-Təbib" bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər!
Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür".
TƏBİB tətbiqə necə qoşulma barədə də əlavə məlumat verilb:
"Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:
İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market" və ya "AppStore" vasitəsilə "E-Tabib" və ya "E-Təbib" yazaraq smartfonunuza endirin;
Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;
SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;
Bluetooth qurğusunu işə salın".
Qeyd edilir ki, "E-Təbib" tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.