Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 09:15
Bakı. Mətanət Nəsibova - Trend:
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur.
Bunu rusiyalı iqtisadçı Aleksandr Karavayev TREND İnformasiya Agentliyində keçirilmiş ""Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib.
O bildirib ki, tərəfdaş ölkələrin nəqliyyat dəhlizinə qoşulması fikri trans-regional əməkdaşlıq baxımından çox aktuallaşıb:
“Eyni zamanda, bu layihənin reallaşdırılmasının birinci və vacib elementi Bakı-Moskva-Tehran müstəvisində münasibətlərin inkişafıdır. Hesab edirəm ki, avqustda Moskvada baş tutacaq üçütərəfli sammitdə üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas trendləri nəzərdən keçiriləcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin