Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 09:52
"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri "Yuventus"a keçməyə yaxındır.
Qol.az-ın "Sky Sport İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, "zadəganlar" italiyalı mütəxəssisin Turin klubuna getməsinə razılıq verib. Bütün detallarda ortaq məxrəcə gələn tərəflərin yaxın saatlarda keçidi rəsmən açıqlayacağı gözlənilir.
İddiaya görə, "Yuventus" "Çelsi" ilə hələ 1 illik müqaviləsi qalan təcrübəli çalışdırıcıya təzminat ödəyəcək. London klubunda Sarrini "Derbi Kaunti"nin baş məşqçisi Frenk Lempardın əvəzləyəcəyi bildirilir.
Qeyd edək ki, Sarrinin "Yuventus"la 3 illik müqavilə bağlayacağı gözlənilir.