Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq'' - BAŞ HƏKİM

''İkinci mərhələdə koronavirusun öldürücü gücü daha da artacaq'' - BAŞ HƏKİM

Tarix: 21 Iyun 2020 23:51

Rusiyanın Dövlət Klinik Xəstəxanasının baş həkimi Alaksandr Myasnikov pandemiyanın gələcəyi ilə bağlı qorxunc proqnozla çıxış edib.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, proseslərin gedişatının yaxşı heç nə vəd etmədiyini bildirən baş həkim, yaxın gələcəkdə Rusiyada vəziyyətin daha da dramatikləşəcəyini bildirib. O, indiki pandemiyanı sadəcə "məşq" adlandırıb:

"Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir. Bu pandemiya sadəcə bir məşqdir".

Baş həkim qeyd edib ki, proseslərin ikinci mərhələsində koronavirusun öldürücü gücü daha da artacaq. Belə ki, ölüm dərəcəsi 30-35% -ə yüksələcək.

A.Myasnikov epidemiyanın yayılması baxımından ən təhlükəli yerin isə məhz xəstəxanalar olacağını vurğulayıb.

Xatırladaq ki, Rusiya pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır və bu ölkədə virusa yoluxanlaırn sayında ciddi artım müşahidə olunur.


Etiketlər:  İkinci mərhələdə koronavirusun öldürücü gücü daha artacaq BAŞ HƏKİM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ