Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 10:40
İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.
Sonxeber.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
Xatırladaq ki, Nazirlər Kabineti iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.