Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray”da ciddi itkilər

“Qalatasaray”da ciddi itkilər

Tarix: 22 Iyun 2020 16:56

Türkiyə Superliqasının 28-ci turunda “Qaziantep”lə üz-üzə gələn “Qalatasaray” bir neçə futbolçusunun xidmətindən məhrum olub.

Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun hücumçusu Radamel Falkao zədə alıb. 75-ci dəqiqədə məcburi əvəzlənən kolumbiyalı forvardın durumu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.

"Sarı-qırmızılar" oyunda sarı vərəqə alan Mariano, həmçinin 55-ci dəqiqədə meydandan qovulan Ahmet Çalıkın da xidmətindən məhrum olub. Falkaodan fərqli olaraq, bu iki futbolçunun növbəti turda “Başakşəhər”ə qarşı oynamayacağı dəqiqdir.

 

 


Etiketlər:  Qalatasarayda ciddi itkilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ