Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AQTA müəssisələrə tövsiyələr verdi

AQTA müəssisələrə tövsiyələr verdi

Tarix: 23 Iyun 2020 11:54

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə COVİD-19 virusuna yoluxma riskinin azaldılması üçün öz tövsiyələrini verib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalıdır. Qablaşdırılmamış məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.

Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməlidir. Dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.

Bununla yanaşı, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır, tullantılar vaxtında kənarlaşdırılmalıdır.

Tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməli, zallar, otaqlar mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.

Milli.Az


Etiketlər:  AQTA müəssisələrə tövsiyələr verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ