Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 12:52
Yeni mövsümdə iddialı çıxış etmək istəyən "Fənərbaxça" heyətini gücləndirib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu ötən mövsümü "Şalke"də keçirən Yevgeni Konoplyanka ilə anlaşıb. Ukraynalı yarımmüdafiəçinin Superliqa təmsilçisi ilə 3 illik müqavilə bağlayacağı iddia olunur.
Qeyd edək ki, "Şalke" ilə 1 illik müqaviləsi qalan 29 yaşlı futbolçu müxtəlif vaxtlarda "Dnepr" və "Sevilya" klublarının da formasını geyinib.