Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Hərbi Polisinin rəisinin oğlu ilə bağlı cinayət işi açılıb

Ermənistan Hərbi Polisinin rəisinin oğlu ilə bağlı cinayət işi açılıb

Tarix: 23 Iyun 2020 14:16

Bakı. Trend:

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi vəzifələrini icra edən Aleksandr Ağacanyanın oğlu hərbi xidmətə çağırıldıqdan qısa müddət sonra vaxtından əvvəl tərxis edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bununla əlaqədar Baş Prokurorluğun hərbi istintaq şöbəsində cinayət işi açılıb.

Qeyd olunur ki, A.Ağacanyan Hərbi Polisinin rəisi vəzifələrini icra edən təyin olunduqdan sonra onun oğlu ordu sıralarından tərxis edilib.

Cinayət işi “düzgün olmayan tibbi baxış” faktı ilə əlaqədar açılıb.


Etiketlər:  Ermənistan Hərbi Polisinin rəisinin oğlu ilə bağlı cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ