Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb

MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb

Tarix: 14 Iyun 2019 13:45

Bakı. Trend:

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması ilə bağlıdır.

Bu, istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, həmçinin kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək düzgün mənzil seçimini etməyə kömək edəcək. Mənzillərin seçimi zamanı ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını almış və “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər. İstifadəçi ilkin razılıq qərarının alınması üçün bir neçə agent banka müraciət edə bilər. İstifadəçinin müraciətindən sonra ilkin razılıq qərarı bank tərəfindən onun elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. Daha sonra istifadəçi bu bölməyə daxil olur və həmin qərarı elektron qaydada imzalayır.

İlkin razılıq qərarının alınması ilə bağlı hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video çarx hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ