Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 10:40
Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətindən keçən hissəsi istifadəyə verilib .
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri başa çatdırılıb və yol iyunun 23-ü axşam saatlarında yolun asfalt örtüyünün vurulması başa çatıb və yol sürücülərin istifadəsinə verilib.
Xatırladaq ki, ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidən keçən avtomobil yolu çökərək yararsız vəziyyətə düşmüşdü.