Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 20:09
Bakı. Trend:
2020-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
MDU-dan Trend-ə bildirilib ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri MDU-nun tədris binalarını, həyətyanı əraziləri, dəhlizləri, auditoriya və laboratoriyaları, inzibati otaqları, idman zalını, kitabxanaları, sanitar qovşaqları və digər köməkçi tikililəri əhatə edib.
Qeyd edək ki, MDU-da növbəti dəfə keçirilən tədbir Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilib. Tibbi-profilaktik və dezinfeksiya işləri ilə yanaşı MDU kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.