Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 17:15
Bakı. Samir Əli - Trend:
Bəzi vətəndaşlar artıq koronavirusun çox ciddi xəstəlik olduğunu hiss etməyə başlayıblar.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bəzi insanlar sərt karantin olsa da yenə arxa küçələrdə toplaşır və maskadan istifadə etmirlər: "Hər bir vətəndaş dərk etməlidir ki, bu xəstəlik ağır keçir. Bəziləri uşaqları küçələrə buraxırlar. Buna nəzarət olunmalıdır. Vətəndaşlar parklarda 10 nəfərdən çox bir yerə toplanmasın. Əgər qaydalara əməl etsək, bu xəstəlikdən qoruna bilərik. İstər evlərdə, istər parklarda bir araya toplanırıqsa, xəstəliyin yoluxmasının qarşısını ala bilməyəcəyik və yoluxma sayı daha da artacaq".