Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 17:16
Bəzi vətəndaşlar artıq koronavirusun çox ciddi xəstəlik olduğunu hiss etməyə başlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bəziləri yenə də sərt karantin olsa da arxa küçələrdə toplaşır və maskadan istifadə etmirlər: "Bunu hər bir vətəndaş dərk etməlidir ki, bu xəstəlik ağır keçir. Bəziləri uşaqları küçələrə buraxırlar. Buna nəzarət olunmalıdır. Vətəndaşlar parklarda 10 nəfərdən çox bir yerə toplanmasın. Əgər qaydalara əməl etsək bu xəstəlikdən qoruna bilərik. İstər evlərdə, istər parklarda toplanırıqsa, xəstəliyin yoluxmasının qarşısını ala bilməyəcəyik və yoluxma artacaq".