Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 19:42
AFFA-nın Azərbaycanı avrokuboklarda təmsil edəcək klublarla bağlı UEFA-ya göndərdiyi qərarına ilk təsdiq cavabı gəlib.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, qitə futbol qurumu "Qarabağ"ın Azərbaycanı Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında təmsil etməsini təsdiqləyib.
Qeyd olunmuş klubların UEFA-nın klub turnirlərində iştirakı ilə bağlı yekun təsdiq qərarı klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının dayandırılması barədə qərar qəbul olunub. 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda yarış dayandırılıb. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.