Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb

Tarix: 25 Iyun 2020 20:16

Bakı. Trend:

İsveç hökuməti əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını iyulun 7-dək uzadıb.

Trend-in məlumatına görə, qadağa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç, İslandiya, Lixtenşteyn və İsveçrə vətəndaşlarına şamil olunmur.

İsveç koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq qadağasını martın 19-da bir ay müddətinə tətbiq etmişdi. Daha sonra qadağa mayın 15-i və iyunun 30-dək uzadılmışdı.

Qeyd edək ki, bu günədək İsveçdə 62 mindən çox şəxs koronavirusa yoluxub, 5 209 nəfər ölüb.


Etiketlər:  İsveç əcnəbi vətəndaşların ölkəyə daxil olma qadağasını uzadıb


RƏYLƏR