Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Avropada koronavirusun yenidən yayılması riski var

ÜST: Avropada koronavirusun yenidən yayılması riski var

Tarix: 25 Iyun 2020 23:04

Bakı. Trend:

Ötən həftə Avropada bir neçə ay ərzində ilk dəfə olaraq 7 gündə koronavirusa yoluxma hallarında artım qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin direktoru Hans Klüqe deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində COVID-19 üzrə xoşagəlməz dinamika bölgənin 30 ölkəsində müşahidə edilib. Onlardan 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər:

"Başlanmış prosesi dayandırmasaq bu Avropa ölkələrinin səhiyyə sistemlərini yenidən uçuruma aparacaq".

H.Klüqe qeyd edib ki, dövlətlər əvvəllər tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırdıqca xəstəliyin yenidən yayılması riski var:

"Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib".


Etiketlər:  ÜST Avropada koronavirusun yenidən yayılması riski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ