Tarix: 26 Iyun 2020 17:24
İspaniyanın “Selta” klubu baş məşqçisi Oskar Qarsiya ilə müqaviləni yeniləyib.
Qol.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl “Uotford”, “Sent Etyen” və “Olimpiakos”u çalışdıran Qarsiya 2019-cu ilin noyabrında “Selta”ya baş məşqçi təyin olunub. Onun komandası hazrda 33 xalla 16-cı pillədə qərarlaşıb.