Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərenerji''nin vitse-prezidentin müavini: ''Azərbaycan'' İES ölkədə yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir

''Azərenerji''nin vitse-prezidentin müavini: ''Azərbaycan'' İES ölkədə yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir

Tarix: 27 Iyun 2020 13:56

Bakı. Samir Əli - Trend:

"Azərbaycan" İES ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir. Ona görə də burada mazut təsərrüfatı mövcuddur.

Bunu Trend-ə "Azərenerji" ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.

V.Şahmuradovun sözlərinə görə, İES ərazisində bu günə qədər 18 mazut çəni tikilib:

"İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə də 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES ərazisində daha 6 çən istifadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verildi.

Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa, bu mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır".


Etiketlər:  Azərenerjinin vitse prezidentin müavini Azərbaycan İES ölkədə yeganə elektrik stansiyasıdır həm mazutla işləyə bilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ