Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Berlində İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib

Berlində İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib

Tarix: 15 Iyun 2019 08:20

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlinin mərkəzində aşkar edilən İkinci dünya müharibəsinə aid bombaya görə 3 min insan təxliyə edilib.

Trend-in "RBB" teleradio şirkətinə istinadən verdiyi məlumata görə, bombanın aşkarlandığı yerin yaxınlığında nəqliyyat hərəkəti də məhdudlaşdırılıb.

Ərazinin təxliyəsi bitdikdən sonra bombanın zərəsizləşdirilməsi prosesi başlayıb.

Məlumata əsasən, proses yerli vaxtla təxminən saat 01:45-də başa çatıb.

Qeyd edək ki, ötən gün Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Berlində İkinci dünya müharibəsinə bombaya görə insan təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ