Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 23:54
İngiltərə kubokunda 1/4 final mərhələsi başa çatıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Səfərdə oynayan London təmsilçiləri minimal fərqli qələbə ilə yarımfinala adlayıb. "Çelsi" "Lester"i, "Arsenal" "Şeffild Yunayted"i üstələyib.
Digər yarımfinalçılar isə Mançesteri təmsil edəcək. Bir gün öncə qalib gələn "Mançester Yunayted"in ardınca "Mançester Siti" də 1/4 final səddini adlayıb. "Şəhərlilər" də səfərdə "Nyukasl"ı yenib.
Sonuncu oyunun fasiləsində yarımfinalın da püşkü atılıb. İyunun 18-19-da, ənənəvi olaraq Londondakı "Uembli" stadionunda, lakin bu dəfə azarkeşsiz keçiriləcək yarımfinallarda "Mançester Yunayted" - "Çelsi", "Arsenal" - "Mançester Siti" cütləri üz-üzə gələcək.
İngiltərə kuboku
1/4 final
28 iyun
"Lester" - "Çelsi" - 0:1
Barkli, 63
"Şeffild Yunayted" - "Arsenal" - 1:2
Makqoldrik, 87 - Pepe, 25 (pen.), Sebalyos, 90
"Nyukasl" - "Mançester Siti" - 0:2
De Breyne, 37 (pen.), Sterlinq, 68