Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 16:32
Bakı. Trend:
Misirin şimalındakı İsgəndəriyyə şəhərində xəstəxanaların birində yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub.
Bundan başqa, 7 nəfər xəsarət alıb.
Qeyd olunur ki, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğınsöndürənlər yanğının qarşısını ala bilib.