Tarix: 30 Iyun 2020 01:06
"Valensiya" baş məşqçisi Albert Seladeslə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik komandanın qeyri-qənaətbəxş çıxışına görə 44 yaşlı çalışdırıcını istefaya göndərib.
Qeyd edək ki, Albert Selades 2019-cu ilin sentyabrından "Valensiya"nı çalışdırırdı. "Yarasalar" hazırda 46 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.