Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 18:58
TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, qurum yalnız xəstəxanalara nəzarət edir: "Bizim vəzifəmiz xəstəxanalarda dərman çatışmazlığının aradan qaldırılması və xəstələrin vəziyyətini nəzarətdə saxlamaqdır. Biz bu prpsesə ciddi nəzarət edirik. Amma apteklərdə qiymət tənzimləmək bizlik deyil".