Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU

Bakıda 30-32 dərəcə isti olacaq, rayonlarda isə... - HAVA PROQNOZU

Tarix: 1 Iyul 2020 13:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 iyulda gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 2 iyulda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

2 iyulda Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Milli.Az


Etiketlər:  Bakıda 30 32 dərəcə isti olacaq rayonlarda isə HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ