Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 07:12
Çinin "Realme" şirkəti ən yeni "MediaTek Helio G35" prosessoru ilə təchiz edilən "C11" smartfonunu rəsmən təqdim edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qeyd olunan çipə 2,3 QHs takt tezlikli səkkiz "Cortex-A53" hesablama nüvəsi və "IMG PowerVR GE8320 GPU" qrafik sürətləndiricisi daxildir. Prosessor "Realme C11" smartfonunun tərkibində 2 giqabaytlıq "LPDDR4x RAM" operativ yaddaşı ilə birlikdə işləyir.
Məlumata görə, yeni qurğu 1600 × 720 piksel təsvir ölçülü 6,52 düym diaqonallı və 20:9 tərəf nisbətli "HD plus" displeyi ilə təchiz olunub. Smartfonu zədələnmələrdən möhkəm "Corning Gorilla Glass 3 plus" şüşəsi qoruyur.
Bildirilir ki, 5 meqapikselli ön kamera ekranda kiçik kəsik şəklində yerləşir. Arxada 13 və 2 milyon pikselli sensorlar əsasında qoşa kamera quraşdırılıb. Daktiloskopik sensor isə nəzərdə tutulmayıb.
Smartfon 32 giqabayt (microSD kartı ilə genişləndirmək mümkündür) tutumlu quraşdırılmış yaddaş, "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 5" simsiz rabitə adapterləri, "GPS", "GLONASS" və "Beidou" qəbulediciləri və "FM" tüner ilə təchiz edilib. Enerji 5 min milliamper/saat tutumlu güclü akkumulyator tərəfindən təmin olunur.
Smartfona "Realme UI" proqram təminatlı "Android 10" əməliyyat sistemi quraşdırılıb. Təxmini qiyməti 100 dollar təşkil edəcək "Realme C11" smartfonunun satışlarına iyulun 7-dən etibarən başlamaq nəzərdə tutulur.